Dünyaca məşhur aktyor Jan Klod Van Damın ofşor şirkətləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Belçika mediası siyahı dərc edib.
Məlumatlara görə, aktyora məxsus olan “Selima Korporeyşn”, “Selima Film” və “Knok Film” Arubada, “Kinc Skale Development” və “Four-One Enterprays” Virciniya adalarında, “Sphere Private Foundation” isə Kyurasaoda qeydiyyatdadır.
Van Damm isə bu məlumatları yanlış adlandırıb və bildirib ki, hazırda həmin şirkətlər qanun çərçivəsində fəaliyyət göstərir.