PKK terror təşkilatının Suriya qolu sayılan PYD qruplaşmasının döyüşçüləri ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı PYD-nin nümayəndəsi Şahoz Hasan məlumat verib.
Onun sözlərinə görə, ABŞ ordusu İŞİD terrorçuları tam məhv edilənə və Suriyada siyasi böhranın həllinə qədər bu ölkədə qalmalıdır.
Qeyd edək ki, ABŞ İŞİD-ə qarşı mübarizədə PYD-yə silah yardımı edir.