15 Noyabr 2017 20:04
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Avropa İttifaqı tərəfindən Polşaya qarşı sanksiya mexanizminin işə salınmasını nəzərdə tutan qətnamə qəbul edib.

Qətnamənin lehinə 438, əleyhinə 152 deputat səs verib.

Söhbət Avropa İttifaqı müqaviləsinin 7-ci maddəsinin tətbiqindən gedir. Əgər Aİ Şurası Polşada Avropa dəyərlərinə real təhlükə olduğunu görsə, bu maddə tətbiq olunacaq və Polşa Aİ daxilində səsvermə hüququndan məhrum ediləcək.

Qeyd edək ki, Polşa prezidenti ölkə parlamentinin qəbul etdiyi Milli Məhkəmə Şurası və Ali Məhkəmə haqqında qanunlara veto qoyub. Avropa Komissiyası bu sənədləri tənqid edərək onları məhkəmə hakimiyyətinin icra hakimiyyətinə tabe etdirilməsi cəhdi kimi qiymətləndirib. Bundan başqa, AK Polşada qəbul olunan ümumi məhkəmələr və Milli Hakim Məktəbi barədə qanunlara da qarşı çıxıb. Komissiya Polşaya rəsmi məktublar göndərərək Varşavanın 1 ay ərzində müvafiq addımlar atmadığı təqdirdə, Aİ Məhkəməsinə müraciət edəcəyini bildirib. Hazırda Brüssel Varşavanın məktublara cavablarını öyrənir. /APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər