16 Noyabr 2017 09:58
1 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa edam qərarı çıxarıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Şimali Koreya dövlət qəzetində məlumat yerləşdirilib.

Trampın Asiya səfərində "vəhşi diktatura" nümayiş etdirdiyi yazılan məqalədə ABŞ prezidentinin Koreyaya nalayiq davrandığı, buna görə ancaq ölümə layiq olduğu yazılıb:

"Tramp Koreya xalqının ölümə məhkum etdiyi iyrənc bir günahkardır".

Eyni zamanda, Tramp Şimali Koreya sərhədinə keçməyi planlaşdırdığı səfəri ləğv etdiyi üçün qorxaq da adlandırılıb.


Müəllif: Samir

Oxşar xəbərlər