Kiyevdəki supermarketlərdən biri üzərində Rusiya simvolu olan tankların satışına başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ukraynalı aparıcı Andrey Bulqarov Feysbuk hesabında məlumat verib.
Jurnalistin sözlərinə görə, “Armata” adlı tanklar “paytaxta daxil olub”. O, rəsmi şəxsləri buna münasibət bildirməyə çağırıb.
Bulqarov əlavə edib ki, onun çağırışı ektremizmə çağırış deyil.
Xəbərə raksiya verən Doktor Şu adlı istifadəçi belə yazıb: “Təcili! Rusiya tankları Kiyevə girdi!”
Olaydan sonra açıqlama verən supermarketin məxsus olduğu “Fozzy Group” şirkəti məsələnin araşdırıldığını bildirib.