16 Noyabr 2017 14:15
3 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ilə qədər Suriyada kimyəvi silahlara nəzarət edən general Zahid Sakit PKK-ya kifayət qədər xardal qazı verildiyini iddia edib. General bəyan edib ki, PKK və Bəşər Əsəd arasında Dəməşqdə əldə edilən razılaşmaya əsasən, terror təşkilatı bu silahlardan Türkiyəyə qarşı istifadə etməli idi.

Teleqraf.com xəbər verir ki, general Zahid Sakit Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Bəşər Əsəd ordusundan ayrılıb. Onun dediyinə görə, PKK/PYD-nın əlində xardal qazı quraşdırılmış 100 ədəd raket var.

“Əsəd və PKK arasında əldə olunan kimyəvi silah anlaşmasının ilk maddəsi bu silahların Türkiyəyə qarşı istifadə edilməsi ilə bağlı idi. PKK-ya bu silahlar sonuncu dəfə Deyr-əz-Zorda təhvil verildi. Terror təşkilatının əlində olan kimyəvi silahlardan ABŞ-ın məlumatı var. PKK-ya xardal qazı verən rejimin məqsədlərindən biri hazırda ciddi müzakirəsi aparılan kimyəvi silahdan istifadə edilməsi məsələsində aranı qarışdırmaqdır. Çünki BMT-nin əlində Suriya ordusu tərəfindən kimyəvi silahdan istifadə edildiyinə dair 32 qovluq var”, - deyə general bildirib.

General Zahid Sakit daha sonra iddia edib ki, Bəşər Əsəd digər terror qruplaşmasında da kimyəvi silah verib:

“Rejim Həma və Humusda İŞİD-ə də kimyəvi maddə verib. İŞİD bu maddənin önəmli hissəsini Əl-Bab cəbhəsində istifadə edib. PKK və İŞİD arasında sözdə müharibə olmasına rəğmən, tərəflər bu kimyəvi silahı ancaq “Fərat Qalxanı” əməliyyatı zamanı Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı tətbiq etdi. Əslində Bəşər Əsədin də istədiyi bu idi”.


Müəllif: Cavad

Oxşar xəbərlər