31 İyul 2014 13:35
697

Amerikalı senator Karl Levin prezident Barak Obamadan Ukraynaya silah yardımı etməsini xahiş edib.

Məlumata görə, senator Ukraynaya veriləcək silahlar arasında “yer-hava” tipli raketlərin də olmasının vacibliyini dilə gətirib.

Xatırladaq ki, K.Levin sözügedən təkliflə bir neçə gün bundan əvvəl çıxış etmiş, lakin B.Obamadan rədd cavabı almışdı. Senator mövzu ilə bağlı bu gün ikinci dəfə prezidentə müraciət etmək qərarına gəlib. Qeyd edək ki, Levin Senatın silahlı qüvvələr üzrə komitəsinin sədridir.

Amerika telekanalı CNN isə 29 iyulda Ukrayna ordusu tərəfindən ballistik raketlərdən istifadə edildiyini xəbər vermişdi. Məlumata görə, son iki gün ərzində separatçılara qarşı kiçik mənzilli bir neçə ballistik raketdən istifadə olunub.

“Luqansk Xalq Respublikası” da raket qəlpələrinin aşkar edildiyi barədə məlumat yayıb. Ukrayna hakimiyyəti isə sonuncu ballistik raketin 1996-cı ildə məhv edildiyini iddia edir.

/publika.az/


Müəllif: