“International SOS” şirkəti növbəti il üçün dünyanın ən təhlükəli ölkələrinin siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sənəd şirkətin rəsmi saytında dərc edilib.
Sənəddə əks olunmuş xəritədə ölkələr təhlükəlilik dərəcəsinə görə müxtəlif rənglərdə rənglənib.
Məlumatlara görə, 2018-ci ildə turistlər üçün ən təhlükəli ölkələr Suriya, Liviya, Mali, Yəmən, Cənubi Sudan, Somali və Əfqanıstandır.
Qeyd edilib ki, Finlandiya, Norveç və İslandiya turistlər üçün ən təhlükəsizlik ölkələrdir.