18 Noyabr 2017 15:25
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mcgurk 25 sentyabr referendumundan sonra ilk dəfə Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilə səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı diplomat Ərbildə muxtariyyətin Təhlükəsizlik Şurasının rəhbəri Məsrur Bərzani ilə görüşüb. Brett Mcgurk mübahisəli referendumdan sonra Ərbilə gələn ilk amerikalı diplomatdır.

O, bəyan edib ki, ABŞ İraq konstitusiyasına uyğun olaraq muxtariyyəti İraqın bir parçası olaraq dəstəkləyir.

Kürd mənbələri saytı isə bildirir ki, muxtariyyət rəsmləri İraq ordusu və Haşdi-Şabi qüvvələrinin ABŞ silahlarından istifadə edərək Ərbillə sərhəddə mövqe tutmasına qarşılıq olaraq Vaşinqtonun səssiz qalmasını tənqid ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər