18 Noyabr 2017 16:15
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni ordu qurulur. Söhbət kiber həmlələrə qarşı haker ordusundan gedir. Ölkənin Daxili İşlər Nazirliyi hiber cinayətlərlə mübarizə üçün 500 hakerlə müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə terror və cinayət şəbəkələri ilə qəti mübarizəni davam etdirir.

Daxili İşlər Nazirliyi internet vasitəsi ilə həyata keçirilən cinayətlərə qarşı görəcəyi tədbirləri başa çatdırıb.

Qeyd edilir ki, Daxili İşlər Nazirliyi 15 iyul çevrilişə cəhddən öncə ildə 40 min digital materiallar araşdırırmış, indisə bunu illik 420 min civarına qədər yüksəldib.

Nazirliyin hədəfi ildə 1 milyon internet materialını araşdırmaqdır.


Müəllif: Cavad