Almaniya xüsusi xidmət orqanlarının təhlükəli olduğu səbəbindən ayağına xüsusi izləmə cihazı yerləşdirdikləri radikal islamçı Hüseyn Z. adlı şəxsin Türkiyəyə qaçdığı məlum olub.
Teleqraf.com “Der Spigel” dərgisinə istinadla xəbər verir ki, Suriya əsilli Hüseyn Hamburq hava limanında təyyarəyə əyləşərək Almaniyanı tərk edə bilib.
Elektron izləmələrə cavabdeh olan Terrorla Mübarizə Mərkəzi qeyd edib ki, Hüseyn Z.-dən son siqnal Afina hava limanından gəlib. Lakin elektron cihaz vasitəsilə müşahidə altında olan şəxslərin ölkə xaricindən izlənməsi qadağan olduğu üçün alman hüquq-mühafizə orqanları izləməyi dayandırmalı olub.
Almaniyaya 2015-ci ildə Suriyadan qaçqın kimi gələn Hüseynin terror qurumuna üzv olmaqda şübhəli bilinib.
Bəlli olub ki, Hüseyn Z. Almaniyada indiyə qədər ayağına elektron izləmə qurğusu yerləşdirilən iki islamçıdan biridir. Bu şəxsin yoxa çıxmasına cavabdehliyi isə Bavariya polisi daşıyır.
Bavariya polisi Hüseyn Z.-nin ölkədən çıxdığı xəbərini təsdiq edib. Qeyd olunub ki, şübhəlinin anası və bacısı Hamburqda yaşayır.
“Spigel” isə qeyd edir ki, Hüseyn ölkədən getməzdən əvvəl Vürzbruqdakı rəsmilərə xəbər verib, deyib ki, Türkiyə-Suriya sərhədində olan xəstə oğlunu gətirməyə gedəcək.
Hamburqdan getdikdən iki gün sonra Vürzburqa zəng edərək hazırda Türkiyədə olduğunu deyib.