Pentaqon ABŞ ordusunda seksual təcavüz halları ilə bağlı məlumatları açıqlayıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, ABŞ hərbi bazalarından daxil olan hesabata görə, 2016-ci ildə ABŞ ordusunda seksual təcavüzlə bağlı 6153 şikayət qeydə alınıb. 2013-cü ildə isə bu göstərici 5323 olub. Hesabatda yalnız dəniz piyadaları arasında seksual təcavüz hallarının azaldığı qeyd olunur.