Ukraynanın birinci xanımı Marina Poroşemko sağlamlığı məhdud uşaqlar üçün yaradılan beynəlxalq humanitar fondlar vasitəsilə çirkli pulların yuyulmasında günahlandırılır.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Luxembourg Herald Ukrayna Ədliyyə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.
"Bu fəaliyyət prezidentin xanımı Marina Poroşenko tərəfindən dəstəklənir. O, bu fondlara daxil olan vəsaitə və onların yönləndirilməsinə şəxsən nəzarət edir", - məqalədə deyilir.
Bildirilri ki, ABŞ və Avropa ölkələrinin uşaqların ehtiyacı üçün ayırdığı pullar müxtəlif firmalara, hətta ofşor şirkətlərə yönəldilib, yardım fondları isə sonradan ləğv edilib.