19 Noyabr 2017 00:40
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində etirazçılarla polis əməkdaşları arasında qarşıdurma baş verib.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı ən azı 20 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, etirazçılar Odessada “Yay teatrı”nın yaxınlığında ağacların kəsilməsinə qarşı çıxdıqları üçün aksiya keçiriblər.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.


Müəllif: Nahid

Oxşar xəbərlər