Fransanın paytaxtı Parisin Sarselles bölgəsində silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, insidenti Paris polis əməkdaşı törədib.
Məlumatlara görə, o, qayınatası və 2 qonşusunu öldürüb, daha sonra isə intihar edib.
Polis məmurunun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırmalara başlanıb.