25 Noyabr 2017 15:44
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donadl Tramp “Taym” dərgisi üzrə “İlin adamı” seçilməsindən imtina edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tramp Tvitter hesabında yazıb.

O bildirib ki, “Taym” jurnalının rəhbərliyi buna görə onunla telefon əlaqəsi saxlayıb: “Ötən ilki kimi bu dəfə də məni “İlin adamı” seçmək istəyirdilər. Onlara dedim ki, bu, yaxşı variant deyil və imtina etdim. Hər şeyə görə çox sağ olun”.

Ancaq nəşr prezidentin bu sözlərini yalanlayıb: “Prezident bizim seçimimizi düzgün izah etməyib. “Taym” jurnalı dekabrın 6-da baş tutacaq seçimdən əvvəl heç bir namizədlə əlaqə saxlamır”.


Müəllif: Samir

Oxşar xəbərlər