Rusiyada prezidentliyə namizəd Kseniya Sobçak “Vladimir Solovyovla axşam” verilişinin qonağı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışı zamanı siyasi ambisiyalarından danışıb.
Sobçak 2018-ci ildə baş tutacaq prezident seçkilərində öz rolunu “tarixi hadisə” adlandırıb.
Solovyov veriliş zamanı Sobçakı “sistem adamı” olmaqda ittiham edib. Sobçak da öz növbəsində Solovyovun proqramını ictimai tualetlə müqayisə edib:
“Mən bura sizə görə gəlməmişəm. Hər bir insan necə ictimai tualetə gedərsə, mən də eləcə gəlmişəm”.
Bu sözdən sonra özünü itirmədiyini göstərmək istəyən Solovyov da öz növbəsində xanım namizədə ağır sözlərlə cavab verib.
Daha ətraflı videoda: