Gürcüstanda noyabrın 27-si matəm günü elan olunub.
Teleqraf.com-un "Novosti Qruzii" saytına istinadən xəbərinə görə, bu barədə Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili qərar qəbul edib.
Matəm Acarıstanda "Leoqrand" otelində baş verən faciə ilə əlaqədar elan olunub. Faciə zamanı ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq noyabrın 27-də Gürcüstanda dövlət bayraqları endiriləcək.