26 Noyabr 2017 14:12
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın başına 10 milyon dollar mükafat qoyduğu "Ləşkəri-i Tayyibe" təşkilatının qurucusu Hafiz Məhəmməd Səid Pakıstan tərəfindən azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Ağ Ev İslamabadın bu addımını pisləyib.

ABŞ 2008-ci ildə Hindistanın Mumbai şəhərində həyata keçirilən hücumlarda günahkar bilinən və Pakistanda ev dustaqlığında olan Hafiz Məhəmməd Səidin yenidən həbs edilməsini istəyib.

Ağ Evin açıqlamasında qeyd edilib ki, ABŞ "Ləşkəri-i Tayyibe" təşkilatını terror qurumu kimi tanıyıb, eyni zamanda Səidin günahkar olduğuna dair açıq beynəlxalq konsensus var:

“BMT Təhlükəsizlik Şurasının 1267 saylı qərarına uyğun olaraq ona qarşı cəza tədbiri görülməlidir”.

ABŞ Maliyyə Nazirliyi Səidin adını 2012-ci ildə beynəlxalq terrorçu siyahısına salıb. Amerika hökuməti isə onun başına 10 milyon dollar qoyub. ABŞ-a görə, terrorçunun azadlığa buraxılması Pakistanın beynəlxalq terrorizmə qarşı mübarizəsinə kölgə salır.


Müəllif: Cavad

Oxşar xəbərlər