Avropa İranı təhdid edərsə, bu zaman İran raketlərinin qət etmə məsafəsini 2 min kilometrə qədər inkişaf etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı İran İnqilab Keşikçiləri Qvardiyasının komandan müavni, general Hüseyn Səlami “Fars” Xəbər Agentliyinə deyib.
İndiyə qədər Avropadan İrana qarşı bir təhdid hiss etmədiklərini xatırladan general bildirib ki, bu səbəbdən də uzun mənzilli hədəfi vurmaq imkanına sahib olacaq raketlər haqqında düşünməyiblər.