Bir müddət əvvəl Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə həbs edilən milyarder şahzadı El Valid bin Talalın Livanda olan otelləri satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Valid bin Talal dünyanın ən varlı 50 şəxsindən biridir. Hazırda Səudiyyə Ərəbistanında çoxlu sayda şahzadələr və nazirlər korrupsiya ittihamı ilə həbsı atılıb.
Lakin həbsdə olan Valid bin Talalın Livanda ortaq olduğu otellərin satışa çıxarılması diqqəti xüsusilə çəkib.
Qeyd edilir ki, şahzadənin Livandakı beş ulduzlu “Four Seasons” və “Novenpick” otelləri satışa çıxarılıb.
Livanın naziri Vadih Kənan Ər-Riyadda həbsdə olan şahzadənin otellərinin satışa çıxarılmasına dair xəbəri təsdiq edib.
Nazir deyib ki, otellərin satılması haqda qərarın şahzadənin həbsi ilə heç bir bağlılığı yoxdur. Onun sözlərinə görə, Livandakı otellərinin satılması haqda qərarı şahzadə həbs edilməzdən əvvəl verib.
Adının açıqlanmasını istəməyən Livanlı qaynaq isə deyib ki, Livanda fəaliyyət göstərən banklardan biri şahzadə Talal ilə satış məqsədilə müzakirələr aparıbmış. Müzakirələr zamanı Beyrutun ən bahalı ərazisində yerləşən və 300 nəfərlik qonağı qəbul etmək imkanında olan “Four Seasons” oteli üçün 150 milyon dollar ödənib.