Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun "evdə qazan qaynamayanda kişilər hirsini arvadlarından alar" ifadəsini bu ölkənin prezidenti və hakim AKP partiyasının sədri Rəcəb Tayyib Ərdoğan sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə çıxışı zamanı K.Kılıçdaroğlunun çıxışından sitat gətirərək onu sərt tənqid edib.
"Kılıçdaroğli deyir ki, əgər kişi işsizdirsə, ailəsinə pul gətirə bilmirsə, evində qazan qaynamırsa hirsini arvadından alır. Bunu deyən ana müxalifətin başındakı bir adamın hər seçki məğlubiyyətindən sonra evdə nə etdiyini düşünmək belə istəmirəm. Bu cür düşüncə olarmı? Bu, qadına şiddətə haqq qazandıran bir yanaşmadır".