26 Noyabr 2017 20:39
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsi nəticəsində 24 min 746 qadın ölüb.

Teleqraf.com xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatının Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə yaydığı hesabatda bu barədə qeyd olunub.

Bildirilir ki, öldürülənlərin 11,5 mini uşaq və yeniyetmə qızlar olub. Qadınların 85 faizi (20 min 919 nəfər) Əsəd ordusu, 61 nəfər ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya, 573 nəfər İŞİD terror təşkilatı, 136 nəfər PYD/YPG terror təşkilatı, 74 nəfər “Təhrir aş-Şam” silahlı qruplaşması tərəfindən öldürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər