İŞİD terror təşkilatı Almaniya, İngiltərə və Fransada Yeni il gecəsi terror törətməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Epooch Times" nəşri xəbər yayıb. "Bləkops Kiber" tərəfindən ələ keçirilən fotolarda İŞİD-in İngiltərə, Fransa və Almaniyaya yönəli mesajları yer alır.
Fotolarda üç dildə "yaxında sizin tətilinizdə" sözləri yer alıb.
Qeyd edək ki, İŞİD üzvü Əbdülqadir Maşaripov 2016-cı ilin son gecəsində İstanbulda Reina əyləncə mərkəzində terror törədərək 39 nəfərin həyatına son qoymuşdu.