27 Noyabr 2017 08:28
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu mənim arzumdur. Regionun rəhbəri olmaq və Allah, dövlət rəhbərliyi qarşısında xalqım, respublika üçün məsuliyyət daşımaq çətin və şərəfli işdir.

Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan prezidenti Ramzan Kadırov "Rossiya 1" kanalında yayımlanan "Fəaliyyətdə olan şəxslər Nailə Əsgərzadə ilə” proqramında "Postunuzdan getməyə hazırsınız" sualına cavab olaraq bildirib.

Kadırov hesab edir ki, vəzifədən getməyinin vaxtı çatıb:

“Hər bir səhv üçün həm bu, həm də o biri dünyada cavab vermək lazımdır. Mən demirəm ki, yorulmuşam və ya xidmətdən imtina edirəm. Hesab edirəm ki, vaxt çatıb. Nə vaxtsa nizam-intizam yaratmaq, vuruşmaq üçün mənim kimilər lazım idi. Bu gün artıq nizam-intizam var. Əsas odur ki, Rusiyada bizi hər kəs bu ölkənin vətəndaşları kimi qəbul edirlər. İndi ölkəmizdə dəyişikliklər etməyin vaxtı çatıb".

Kadırov varisinin adını açıqlamayıb: "Bir neçə insan var ki, prezidentilik postuna tam layiqdirlər. Amma bununla bağlı qərarı mən vermirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər