27 Noyabr 2017 11:21
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Londonda yerləşən İslami İsan Haqları Komissiyası “İslamofobiya” mükafatının builki sahiblərinin adlarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İngiltərə üzrə bu mükafatı sağçı fəal Tommi Robinson qazanıb.

O, krallığın Müstəqillik Partiyasının sabiq lideri Nigel Faraqı, “Britaniya üçün Partiyanın qurucusu Anne Mariya Votersi və İngiltərənin Baş naziri Boris Consonu qabaqlayıb.

Dünya üzrə isə bu mükafat Arakan müsəlmanlarının qətliamına göz yuman Myanmar prezidenti Aunq San Su Çiyə nəsib olub. O, bu il ABŞ Prezidenti Donald Trampı, Fransanın Milli Cəbhə Partiyasının lideri Mari Le Peni qabaqlayıb.

Media qurumları arasında bu ada “Foks Nyus” telekanalı sahib olub.


Müəllif: Samir

Oxşar xəbərlər