28 Noyabr 2017 15:44
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon əlaqəsi saxlayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ərdoğan özü məlumat verib.

O bildirib ki, danışıqlar zamanı ABŞ-ın YPG terrorçularına silah satması, Fətullah Gülənin ekstradisiyası və hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, ötən telefon danışığında Tramp Ərdoğana ABŞ-ın YPG-yə silah satmasını dayandıracağı ilə bağlı vəd vermişdi. Ancaq bu gün Pentaqon bu yardımın dayandırılmayacağını bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər