28 Noyabr 2017 18:23
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralının ailə üzvü olan xanım şahzadələrin də həbs ediləcəyinə dair xəbərlər yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xbər verir ki, bu həbslər vəliəhd şahzadə Məhəmməd bin Salmanın qərarı ilə həyata keçirirlir.

Qeyd edilir ki, əvvəlki kral Abdullah bin Əbdüləzizin Fransaya sığınan oğlu Əbdüləziz bin Əbdüləzizdən başqa kralın digər oğulları həbs edilib, indi də qızların həbsi prosesinə başlanılıb.

Həbs edilən şahzadələrin xəstələnəcəyi ehtimalı nəzərə alınaraq onların saxlanıldığı otelin bir hissəsi xəstəxanaya çevrilib.

Bundan başqa, saxlanılan şahzadələrin qaldıqları oteldə qapılar və pəncərələr dəyişdirlib, təhlükəsizlik tədbirləri aparılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər