1 Avqust 2014 09:53
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovanın Kaçanik şəhərindən il yarım əvvəl İraqa gələrək İŞİD-ə qatılan terrorçunun paylaşdığı foto dünyanı sarsıdıb.


Məlumata görə, 27 yaşında olan Lavdrim Muhacərinin Feysbuk hesabında paylaşdığı fotoda əlində insan başı tutduğu görülür.

Terrorçu bir nəfərin başını kəsərkən görüntülənib. Muhacəri İŞİD-də 100-dən çox albanın olduğunu qeyd edib.

Bu hadisədən sonra Kosova Prezidenti Atifete Yahyaqa, Daxili İşlər naziri Bayram Rəcəpiyi və bəzi siyasətçilər təcili olaraq bir araya gəlib.

Kosovo Təhlükəsizlik Şurasının konfransında danışan Yahyaqa Kosovanın zorakılıq və nifrətin yaranmasında iştirakçı olmağına icazə verməyəcək.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər