Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışı zamanı qəzəbli şəkildə əlini kürsüyə vura-vura danışıb:
“Bütün nazir dostlarıma bunu demişəm: Kimsə mənim adımdan istifadə edərək, yanınıza gəlirsə, əvvəlcə mənə zəng edin. Əgər təsdiqləməsəm, atamın oğlu olsa belə onu qapıdan qovun! Mənim adımdan istifadə etmək nə deməkdir?! Bunu edənlərin hamısı saxtakardır, dələduzdur”