Rusiyaya məxsus “Soyuz-2.1B” kosmik raketi Atlantik okeana düşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya kosmik-raket mərkəzi məlumat verib.
Bildirilib ki, 19 peykli raket Rusiyanın Çin ilə sərhədindəki Amur vilayətində yerləşən "Vostoçnıy" kosmodromundan bu gün fəzaya buraxılıb.