Yaxın üç ildə Rusiyanın müdafiə xərcləri 6,8 trilyon rubla (197,9 milyard AZN) çatacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Maliyyə nazirinin müavini Leonid Qornin deyib.
Onun sözlərinə görə, 2018-2020-ci ilin federal büdcəsi Dövlət Dumasında 3-cü oxunuşda qəbul olunub.
Qornin qeyd edib ki, 2018-ci ildə Rusiya büdcəsinin gəliri 15,2 trilyon rubl (442,3 milyard AZN), xərcləri isə 16,5 trilyon rubl (480,1 milyard AZN), büdcə kəsiri isə 1,3 faiz səviyyəsində planlaşdırılıb:
“2019-cu ildə 15,5 trilyon rubl (451 milyard AZN), 2020-ci ildə isə 16,3 trilyon rubl (474,3 milyard AZN), büdcə kəsirinin isə 0,8 faiz olacağı gözlənilir”.