ABŞ-da həbsdə olan milyarder Rza Zərrab ittihamları qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı prokuror Devid Denton bildirib.
Onun sözlərinə görə, Zərrab məhkəmədə türkiyəli bankir, "Xalqbank"ın rəhbərlərindən olan Mehmet Hakan Atillanın işində şahid qismində danışacaq.
Atillanın vəkili Viktor Rokko bildirib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınmaq hüququ əldə edib.
Qeyd edək ki, Rza Zərrab və Mehmet Hakan İranın xeyrinə çirkli pulları yumaqda ittiham edilirlər.