28 Noyabr 2017 23:43
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il yanvarın 20-də vəzifəsinə başlayan ABŞ prezidenti Donald Tramp ötən müddət ərzində 49 milyard dollarlıq silah satışına dair sənədlərə imza atıb.

Teleqraf.com xəbər verir ki, bununla da Tramp ABŞ tarixinə ən çox silah satan prezident kimi düşüb. Bu göstərici ötən il 33 milyard dollar olub. Tramp administrasiyası silah biznesinə xüsusi həvəs göstərir.

Tramın Ər-Riyada səfəri zamanı 110 milyard dollarlıq silah satışı anlaşması mövcud hesabata daxil edilməyib.

ABŞ-dan ən çox silah alan ölkələrdən biri İngiltərədəri. 3,2 milyard dollar. Birləşmiş Ərəb Əmirliyi, Kanada, Bəhreyn, Səudiyyə Ərəbistanı ABŞ-ın daimi silah müştəriləri sayılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər