29 Noyabr 2017 09:18
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin sentyabrın 29-da qəbul etdiyi Rusiyaya qarşı yeni sanksiyalar paketi işə düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Yeni sanksiyalar paketinə 278 hüquqi şəxsin adı daxil edilib.

Məlumatlara görə, yeni qadağalar Rusiyanın energetika və maliyyə sahəsinə təsir edəcək.

Sanksiyalar yerli banklara Rusiya bankları ilə əməliyyatlar aparmağı və onlara 14 gündən artıq kredit verməyi qadağan edir.

Qeyd edək ki, bundan əvvəl bu müddət 30 gün idi.


Müəllif: Samir

Oxşar xəbərlər