Biz dini ayrı-seçkilik və zorakılıq etməmişik.
Teleqraf.com xəbər verir ki, bu qalmaqallı açıqlama ilə Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müsəlmanları qırmaqda ittiham olunan Aung Hlainf bu ölkədə səfərdə olan Roma Papası Fransisk ilə görüşü zamanı deyib.
Papa ilə Yanqon şəhərində görüşən general müsəlmanlara zülm olunduğu iddialarını inkar edib: “Ölkədə bütün insanlar azad yaşayır, ibadətlərini sərbəst icra edirlər. Myanma ordusu sülhü və sabitliyi mühafizə etmək üçün fəaliyyət göstərir”.
Xatırladaq ki, Myanma ordusunun Arakan şəhərində mülkü insanlara hücumları nəticəsində bu il avqustun 25-dən indiyə qədər minlərlə müsəlman öldürülüb. Hökumət ölkəyə giriş-çıxışa icazə vermədiyi üçün həlak olanların sayı haqda dəqiq informasiya yoxdur.
Məlumatlara görə, Arakanda 300 kənd ordu və fanatik buddistlər tərəfindən məhv edilib, 600 mindən çox müsəlman dağlar və dəniz vasitəsi Banqladeşə qaçıb.