29 Noyabr 2017 20:25
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:38

Keçmiş Yuqoslaviya üzrə Haaqa Beynəlxalq Tribunalında mühakimə olunması gözlənilən sabiq general Slobodan Pralyakın məhkəmə prosesi sona çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəhər içərək, intihara cəhd etdiyi bildirilən Pralyak məhkəmədə iştirak etməyib.

Məhkəmə 2013-cü ildə Pralyak haqqında qəbul etdiyi qərarı dəyişməyib və onu 20 il həbs cəzasına məhkum edib.

***

S.Pralyak dərhal xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin bütün cəhdinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Samir

Oxşar xəbərlər