Suriyanın Şərqi Quta bölgəsində atəşkəs elan edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi Steffan de Mistura məlumat verib.
Onun sözlərinə görə, məsələ Suriya müxalifәtinin formalaşdırdığı Müzakirә Ali Komitәsi ilә Nasir Haririnin sәdrlik etdiyi nümayәndә heyәtinin tәxminәn bir saat davam edәn görüşündə müzakirə edilib:
“Tərəflər atəşkəs razılığı əldə ediblər. Razılaşmanı Dəməşq hökuməti də dəstəkləyib. Məsələni BMT-nin 5 daimi üzvü olan ABŞ, Çin, İngiltәrә, Fransa vә Rusiyanın nümayәndәlәri ilə də müzakirə etdim. Bu mәsәlә bizi olduqca narahat edir. İndi bunun reallaşıb-reallaşmayacağını görəcəyik”.