30 Noyabr 2017 09:49
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həbsdə olan Cənubi azərbaycanlı iş adamı Rza Zərrabla bağlı yeni məlumat üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda Zərrabın İran və Türkiyədən başqa, Makedoniya vətəndaşı olduğu bildirilib.

Bu məlumatlar dünən keçirilən məhkəmə prosesində açıqlanıb. Bundan əvvəlki proseslərdən bir neçəsinə qatılmayan Zərrab bu iclasa ayaqları zəncirli və həbsxana paltarında gətirilib.

O, məhkəmədə Makedoniya vətəndaşı olduğunu təsdiqləyib.

Qeyd edək ki, İran vətəndaşı olan Zərrab Türkiyədə ticarətə başladıqdan sonra Nazirlər Kabinetinin qərarı ilə bu ölkə vətəndaşlığını da qazanıb.


Müəllif: Samir

Oxşar xəbərlər