30 Noyabr 2017 22:11
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ ev ABŞ administrasiyasında kadr dəyişiklikləri planını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, dekabr ayında ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən ayrılacaq, onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo təyin olunacaq. MKİ-nin rəhbəri vəzifəsinə isə Arkanzas ştatının Demokratlar Partiyasından olan senatoru Tom Kotton təyinat alacaq.

ABŞ prezidenti Donald Trampın kadr dəyişiklikləri barədə son qərarı qəbul edib-etməyəcəyi açıqlanmır, lakin bildirilir ki, bununla bağlı Ağ evdə məsləhətləşmələr aparılıb.

Tillerosinla Trampın münasibətlərindəki gərginliyin davam etdiyi bildirilir. Bir müddət öncə dövlət katibi prezidentin ünvanına "axmaq" ifadəsini işlətmişdi. Tramp isə buna cavab olaraq Tillerosuna ağıl testindən keçməyi təklif etmişdi. Eyni zamanda Tramp Tillersonun Koreya ilə bağlı çabalarını "vaxt itkisi" adlandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər