1 Dekabr 2017 00:35
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Toyota Motor" şirkəti Rusiyada 9,3 mindən çox "Hilux" avtomobilini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin sentyabrından 2014-cü ilin noyabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər