Barselonada minalanmış avtomobil partladılıb.
"Report" xəbər verir ki, bu barədə "Vanguardia" qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə zamanı 1 sakin ölüb. Polis partlayışın terror hadisəsi olmadığını güman edir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edir ki, partlayış kriminal dairələr arasındakı qarşıdurma ilə əlaqədardır.