ABŞ Prezidenti Donald Tramp ölkədəki opioid epidemiyası ilə mübarizəyə 100 min dollar verib.
Teleqraf.com-un məlumatına görə, o bu pulu şəxsi maaşından ödəyib.
Bu barədə məlumat verən ABŞ-ın səhiyyə naziri Erik Harqan əlavə edib ki, ölkədə mübarizə aparılmasa növbəti 10 ildə 500 min insan bu epidemiyadan ölə bilər.
Qeyd edək ki, opioid ABŞ-da güclü ağrıkəsici hesab edilir. Bəzi insanlar isə bu vasitələrdən narkotik vasitə kimi istifadə edirlər. Bununla bağlı artıq ABŞ-da fövqəladə vəziyyət elan edilib.