1 Dekabr 2017 14:01
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya rəhbərliyi rusiyalı deputatlarla görüş zamanı ABŞ-la dialoqa başlamaq üçün şərtlərini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı Vitali Paşin deyib.

O bildirib ki, KXDR danışıqlara başlamaq üçün nüvə nəhəngi kimi tanınmasını istəyir. Deputatın fikrincə, son raket sınağı da danışıqlara başlamaq üçün siqnal idi.

Şimali Koreyaya səfər edən Rusiya nümayəndə heyətinin rəhbəri Kazbek Taysayev isə KXDR-in ABŞ-la danışıqlarda güvənəcəyi yeganə ölkə Rusiyadır:

“Onlar bizim danışıqlarda vasitəçi olmağımızı istəyirlər”.


Müəllif: Samir

Oxşar xəbərlər