1 Dekabr 2017 22:58
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Mixael Flinn seçkilər zamanı ruslarla görüşdüyünü etiraf edib.

Teleqraf.com xəbər verir ki, Flinn Trampın prezident seçildiyi 2016-ci il 20 noyabr - 2017-ci il 20 yanvar
tarixləri arasında səlahiyyətləri olmadığı təqdirdə ruslarla investisiya məsələlərini müzakirə etməkdə ittiham olunur.

Flin ruslarla əlaqəyə girmək təlimatının Tramdan aldığını bildirib. Bununla da o, Tramp komandasının ruslarla əlaqə qurduğunu etiraf edən ilk üzvü oldu.

Qeyd edək ki, Flinlə yanaşı Tramp komandasının keçmiş üzvləri Mike Penc, Paul Manafor, Rik Gates və Corc Papadopoulos Rusiya ilə əməkdaşlıqda ittiham olunurlar.

Xüsusi müstəntiq Robert Mueller ilə əməkdaşlığa razılıq verən Flinn FTB-yə yanlış məlumatlar verdiyini də etiraf edib.

Qeyd edək ki, Flinn bu ilin fevralında istefaya gedib. O, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla danışıqların məzmununu tamamilə açıqlamamaqda ittiham olunub. KİV iddia edirdi ki, Trampın məsləhətçisinin danışıqları Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı idi. Flinn bunu inkar edirdi. Kreml Flinn və Kislyakın görüşdüyü faktını qəbul edib, lakin bildirib ki, görüşlərdə sanksiyaların ləğvi məsələsi müzakirə olunmayıb.

Flinnin rus səfiri ilə görüşləri 2016-cı il 22 və 29 dekabr tarixlərində keçirilib. Tramp 20 yanvar 2017-ci ildə prezident kürsüsünə oturduğu üçün onun məsləhətçisinin belə görüşləri keçirmək səlahiyyəti yox idi.


Müəllif: Teleqraf.com