2 Dekabr 2017 11:37
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın daha 3 muzdlusu Suriyada gedən döyüşlərdə həlak olub.

Teleqraf.com-un məlumatına görə, ölənlərdən biri İran, ikisi Əfqanıstan vətəndaşıdır.

Bəşər Əsəd rejiminə yardım və dəstək məqsədilə Suriyaya göndərilmiş SEPAH-ın iranlı muzdlusu Məcid Əsgəri Cəmkərani, eləcə də korpusun Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları Nəcibullah Kazimi və Mehdi Musəvi bir neçə gün əvvəl bu ölkədə müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb.

Onların Suriyanın konkret hansı bölgəsində öldürüldüyü açıqlanmayıb.

Cənazələri İrana gətirilən SEPAH-çılar dekabrın 1-də Qum, Vəramin və Rey şəhərlərində torpağa tapşırılıb.


Müəllif: Səxavət