2 Dekabr 2017 14:20
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin dövləti ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsinə dair qərarının təhlükəli nəticələrə səbəb olacağı haqda xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, Fələstin rəhbəri Mahmud Abbasın sözçüsü Nebil Əbu Radina bildirib ki, ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsi faktiki olaraq Qüdsün paytaxt olaraq tanınması istiqamətində qərardır.

Sözçü qeyd edib ki, belə bir addım regionda qarşıdurmanı gücləndirə və sabitliyi poza bilər.

Fəth Hərəkatının Məclis üzvü Nasir Əl Kudvə isə deyib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarı uzaq ehtimal olsa da, gərginliyi artıracaq: “Tanınma baş versə, Fələstin çox qərarlı və konkret mövqe ortaya qoyacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər