3 Dekabr 2017 00:44
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hondurasda keçirilmiş prezident seçkilərinin yekun nəticələrinin olmaması səbəbindən baş verən iğtişaşlar nəticəsində 8 nəfər həlak olub.

Bildirilir ki, iğtişaşlar zamanı daha 20 nəfər də xəsarət alıb. Bundan əvvəl 12 nəfərin xəsarət aldığı qeyd olunur.

Ali Seçki Məhkəməsinin son məlumatlarına görə, bülletenlərin 94,33 faizinin hesablanmasından sonra hazırkı prezident Xuan Orlando Ernandes 42,92 faiz səslə liderlik edir. Onun müxalifətdən olan rəqibi Salvador Nasralla hələ ki, səslərin 41,42 faizini toplayıb. Namizədə qələbə üçün sadə səs çoxluğu lazımdır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər