3 Dekabr 2017 12:59
4 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya yarımadasında müharibə başlasa ilk qurbanlar Yaponiya və Cənubi Koreya olacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya Şimali Koreyanın nüvə silahına sahib olmaqla bağlı tələblərini qəbul etməyəcək:

"Biz BMT Təhlükəsizlik Şurasının qərarlarını dəstəkləyirik. Bundan başqa, Pxenyanın nüvə sınaqlarını qınaqmaqla yanaşı, amerikalıları da unutmamalıyıq. Onların təxribat xarakterli çıxışları da qınanmalıdır".


Müəllif: Samir

Oxşar xəbərlər