Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirdiyi iddialarla bağlı təqdim etdiyi sübutların hansı ölkədən gəldiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Yeni Şəfəq" qəzeti məlumat yayıb.
Bildirilib ki, sənədlər ABŞ-da yaşayan və kimliyi məlum olmayan şəxs tərəfindən elektron formada Türkiyəyə göndərilib. Türkiyədə isə həmin sənədləri CHP nümayəndələrindən biri qəbul edib.
Nəşr hazırda həmin şəxslərin kimliyinin araşdırıldığını bildirilib. İlkin ehtimalda e-poçtun Fətullah Gülənin yaşadığı Pensilvaniya ştatından göndərildiyi qeyd edilib.